AZƏRBAYCANDA ERMƏNİ İŞĞALINDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ NARKOTİK MARŞRUTLARININ QAPANMASI VƏ POSTMÜNAQİŞƏ DÖVRÜNÜN SAĞLAMLIQ-TƏHLÜKƏSİZLİK BALANSI
PDF

Keywords

Azərbaycan, Uşaq Hüquqları Konvensiyası, narkotiklərin dövriyyəsi, post-okkupasiya, insan hüquqları, təhlükəsizlik siyasəti, okkupasiya, inzibati.

Abstract

Məqalədə Azərbaycanın beynəlxalq-hüquqi öhdəliklərə əsaslanaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı formalaşdırdığı dövlət siyasəti təhlil olunur. Uşaq Hüquqları Konvensiyasının 33-cü maddəsinin tələblərinə uyğun olaraq, uşaqların və gənclərin narkotiklərdən qorunması, dövlətin və cəmiyyətin üzərinə düşən vəzifələr və bu sahədə hüquqi mexanizmlərin işlənməsi məsələləri araşdırılır. Tədqiqatda həm SSRİ dövründəki təhrif olunmuş statistikanın mahiyyəti və işğaldan azad edilmiş ərazilərdə suveren nəzarətin bərpası nəticəsində narkotiklərin dövriyyəsinin faktiki olaraq dayandırılması elmi əsaslarla izah edilir. Məqalə Azərbaycanın post-okkupasiya dövründə hüquqi, inzibati və sosial tədbirlər vasitəsilə beynəlxalq konvensiyaların tələblərini milli səviyyədə reallaşdırmasını göstərir.

PDF